Quru meyvə istehsalı üzrə müəssisə yaradılacaq


Digərləri 14 May 2018 13:09:00 271 0

Quru meyvə istehsalı üzrə müəssisə yaradılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Şəmkir rayonunda keçirilən işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kartof və soğan saxlama anbarının yaradılması; - quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması; - istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması; - cins heyvandarlıq kompleksinin yaradılması.