Balakişi Qasımov İTVnin baş direktoru seçilməyib MTRŞ


Digərləri 14 May 2018 12:53:00 274 0

Balakişi Qasımov İTVnin baş direktoru seçilməyib  MTRŞ

Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.

Son.az xəbər verir ki, bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;

Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək MTRŞ-ya təqdim etməlidirlər:

1.Ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti