Gəncə şəhərində beynəlxalq elmipraktik konfrans keçirilib FOTO


Digərləri 14 May 2018 12:54:00 282 0

Gəncə şəhərində beynəlxalq elmipraktik konfrans keçirilib  FOTO

May ayının 12-də Gəncə şəhərində Mərkəzi Klinika Bakı Xəstəxanası və Mərkəzi Klinika Gəncə xəstəxanasının birgə təşkilatçılığı ilə "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirin açılışını Mərkəzi Klinik Xəstəxananın Baş Direktoru İxtiyar Sultanov edərək iştirakçıları salamlayıb və tədbir iştirakçılarına Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin ünvanladığı təbrik məktubu oxunub. Məktubda deyilir: "Ümidvaram ki, bu konfrans, müasir ginekologiyanın yeni metodlarının, xüsusən də sonsuzluğun müalicəsində müasir texnologiyaların respublikamızın regionlarında tətbiqinə layiqli töhfəsini verəcək".

Daha sonra professor Kadir Savan, dosent Serdar Ceylaner, dosent Gülay Ceylaner, Mərkəzi Klinika Qadın Mərkəzinin rəhbəri Tibb elmləri namizədi Mahirə İsmayılova, mərkəzin mütəxəssisləri- doktor Sevinc Sevdimalıyeva, embrioloq İlyas Karayaka və digərləri elmi mühazirələrlə çıxış ediblər.

Konfrans elmi-praktiki müazakirələrlə öz işini davam etdirib.


Xəbərə aid fotolar