Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)


Digərləri 14 May 2018 12:53:00 234 0

Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Almaniyanin Nürnberq şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü, almanların Azərbaycana köçünün 200-cü ildönümü qeyd edilib.

Bakı. Almaniyanin Nürnberq şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü, almanların Azərbaycana köçünün 200-cü ildönümü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bavariya əyalətinin tarixi yerlərindən sayılan Vətən və Maliyyə Nazirliyinin binasında baş tutan tədbir Nürnberqdə fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi və Almanların "Haus der Heimat" təşkilatının təşəbbüsü, təşkilatçılığı ilə keçirilib. Tədbirdə Bavariyanın vətən və maliyyə naziri Alexander Voitl, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Alman Bundestaqının Sosial-Demokrat Partiyasının üzvü Gabriela Heinrich, Almaniya hökumətinin köçkün və milli azlıqlar üzrə rəsmi qurumunun prezidenti Bernd Fabritius, Bavariya parlamentinin üzvləri Petra Guttenberger və Arif Taşdelen, Türkiyənin Almaniyanin Frankoniya bölgəsindəki baş konsulu Yavuz Kül, Xristian Sosial Fraksiyasının rəhbəri Peter Daniel Forster, Nürnberg şəhər merinin 1-ci müavini Claudia Arabackyj, Azərbaycan və türk diasporunun üzvləri və digər qonaqlar iştirak edib. "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri Yaşar Musayev və "Haus der Heimat" təşkilatının icraçı direktoru Doris Hutter tədbiri açaraq qonaqları salamladıqdan sonra Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.