Azərbaycanda gömrük orqanlarının 200-dən çox əməkdaşı məsuliyyətə cəlb edilib


Digərləri 14 May 2018 12:46:00 196 0

Azərbaycanda gömrük orqanlarının 200-dən çox əməkdaşı məsuliyyətə cəlb edilib

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib.

Bakı. Ənvər Məmmədov - Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsininin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının işində şəffaflıq və hesabatlılıq” mövzusunda ictimai müzakirələr zamanı deyib.