177 dövlət əmlakı özəlləşdirilir - VAXT


Digərləri 14 May 2018 12:35:00 268 0

177 dövlət əmlakı özəlləşdirilir - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, özəlləşdirilməyə müxtəlif iqtisadi profillərə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda əmlak sahibi olmaq üçün cəmi 2 sadə proseduru yerinə yetirmək kifayətdir. Birinci Komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. İnvestorlar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var.