Zirə üçün əlamətdar tur


İdman 14 May 2018 12:26:00 245 0

Zirə üçün əlamətdar tur

Topaz Premyer Liqasının 27-ci turu Zirə üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, öz meydanında Kəpəz'i 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi evdə yubiley qələbəsini qazanıb. Bu matçadək doğma azarkeşlər önündə keçirdiyi 45 Premyer Liqa matçında 24 dəfə 3 xala sevinən zirəlilər 25-ci qələbəni əldə edib.

Zirə Azərbaycan çempionatları tarixində öz meydanında 25 və ya daha çox qələbə qazanan 26-cı komanda olub. Bu rəqəmə 46-cı görüşdə çatan komanda öz meydanındakı qələbə sayında “Azəri” ilə eyni göstəriciyə malikdir.