Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı: Sakitlik olsa da, 10-15 ildən sonra sürüşmə baş verə bilər


Digərləri 14 May 2018 12:21:42 214 0

Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı: Sakitlik olsa da, 10-15 ildən sonra sürüşmə baş verə bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatları mayın sonunda yekunlaşdırmağı nəzərdə tutur.

Bakı. İlhamə İsabalayeva – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatları mayın sonunda yekunlaşdırmağı nəzərdə tutur. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, tədqiqatların nəticələri ilə bağlı hazırladıqları hesabatları iyunda aidiyyəti dövlət qurumlarına və Nazirlər Kabinetinə təqdim edəcəklər. Ə.Qaralov qeyd edib ki, hesabatda prosesin baş vermə səbəbləri, prosesin baş vermə dərinliyi, müstəvisi, ərazidə gələcəkdə gözlənilə bilən proseslər və s. barədə müfəssəl məlumatlar öz əksini tapacaq.