AtaSığorta ilin agent gününü keçirdi


Digərləri 14 May 2018 12:22:00 298 0

AtaSığorta ilin agent gününü keçirdi

“AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə daxil olan sığorta vasitəçiləri və məsləhətçilərinin Quba şəhərində illik toplantısı – “İlin Agent Günü” keçirilib.

Bakı. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə daxil olan sığorta vasitəçiləri və məsləhətçilərinin Quba şəhərində illik toplantısı – “İlin Agent Günü” keçirilib. Trend-in məlumatına görə, idarə heyətinin sədri Müseyib Əliyev və sədr müavini Qoşqar Həsənovun iştirakı ilə baş tutan tədbirdə 100-dən artıq sığorta agenti, satış təmsilçiləri, filial və nümayəndəlik rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev açıb. O, sığorta sektorunda müşahidə olunan tendensiyalar və cari vəziyyətlə bağlı məlumat verməklə maliyyə sektorunun daha böyük potensiala malik olmasını və sığorta vasitəçilərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini vurğulayıb. Eyni zamanda sığorta sahəsində geniş əhali kütləsinin maarifləndirilməsi prosesində agent şəbəkəsinin əhəmiyyətli rolu var. Qeyd olunub ki, “AtaSığorta” ASC hər zaman sığorta agentlərinə öz peşəkar biliklərini təkmilləşdirmək və satış prosesinin təşkilində uğurlu karyera qurmaqda dəstək verməyi davam etdirəcək.