Dövlət Gömrük Komitəsi nəqliyyat vasitələrinin sərhəddə çox qalmasının səbəbini açıqlayıb


İqtisadiyyat 14 May 2018 12:14:59 278 0

Dövlət Gömrük Komitəsi nəqliyyat vasitələrinin sərhəddə çox qalmasının səbəbini açıqlayıb

Gömrük rəsmis Azərbaycan sərhəd keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verdiyini bəyan edib

"Azərbaycan Gürcüstandan fərqli olaraq sərhədkeçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" tədbirində çıxış edənDövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

O, bu barədəAzərbaycanın sərhəd keçid məntəqərində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirərkən danışıb: "Öncə fikir vermək lazımdır ki, ölkələr hansı siyasəti həyata keçirir. Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirir. Biz isə təhlükəsizliyə üstünlük veririk. Bəzən bizə deyirlər ki, niyə Gürcüstan sərhəddindən 1 dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur -biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır".

İ.Babayev həmçininqeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatıləğv etmək üçün 4 nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir: "Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1 356 minə qalxıb. Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur".