"Beynəlxalq qərarlara etiraz etmək ABŞ üçün adət halını alıb"


Dünya 14 May 2018 12:00:03 278 0

"Beynəlxalq qərarlara etiraz etmək ABŞ üçün adət halını alıb"

Sergey Lavrov "Hərtərəfli Birgə Fəaliyyət Planı" ( JCPOA ) ilə bağlı iranlı həmrakı Məhəmməd Cavad Zəriflə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Hərtərəfli Birgə Fəaliyyət Planı" ( JCPOA) ilə bağlı iranlı həmrakı Məhəmməd Cavad Zəriflə görüşüb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, görüşdə Donald Trampın nüvə razılaşmasından çəkilməsi ilə bağlı qərarı və başqa məsələlər müzakirə olunub.

"Bir neçə gün əvvəl sazişdən çəkildiyini elan edən ABŞ-dan başqa, nüvə razılaşmasını imzalayan digər ölkələrlə əlaqə saxlamağı planlaşdırmışıq", - Lavrov görüşdə söyləyib. O, sazişlə bağlı belə problemlərin yaranmaması üçün görüşün vacibliyini bildirib.