"Lotu Quli" Mərkəzi Univermağı necə yardı?


Digərləri 14 May 2018 12:01:00 264 0

"Lotu Quli" Mərkəzi Univermağı necə yardı?

Son.az yenicag.az-a istinadən uzun müddət həbsdə yatdıqdan sonra ötən il azadlığa çıxan "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifov bağlı bilinməyən məqamları təqdim edir.

Onu gəncliyindən tanıyan və uzun müddət müxtəlif həbsxanalarda yanaşı cəza çəkən sabiq məhkum xatırlayır:

"Quli" olduqca inadcıl, bir o qədər də iradəli adamdır. Onda geri çəkilmək söhbəti yoxdur. Biri ilə dirəşdisə, sona qədər gedəcək.Kompromisə gedən, təslim olan tərəf olmayacaq. Onu davakar biri kimi qələmə vermək olmaz, amma dalaşmağa başladısa, söhbət bitdi, gərək üzünü görməyəsən.

Bir epizod danışım. Bu hadisə baş verəndə Qulinin 21 yaşı vardı. O vaxtlar atıb-tutan gənclər, necə deyərlər, gələcək vəd edən canilər "Gənclik" metro stansiyasının yaxınlığına bir çayxanada toplaşırdılar. Ordan-burdan, oğru dünyasınından-filan danışırdılar. Burada hamı bir-birini tanıyırdı. Sözləri nə üstə çəpləşdisə, "Quli" ilə Elçin adlı bir oğlan əlbəyaxa dalaşmağa başladılar. Bir boks və güləş yarışması nə qədər çəkər?

Uzağı 6-10 dəqiqə, 3 raunda məsələ həll olur, döyüşün qalibi bilnir. Bunlar azı 15-20 dəqiqə təkbətək döyüşdülər, dalaşdılar. Onları ayıran olmadı. Çünki ikisi də araya girənlərə söyüş qoydular. Elçin cüdoçu idi. O, beynəlxalq yarışlarda fərqlənməmişdi, amma şəhərdə tanınan, nəticə göstərən idmançı idi. Üstəlik də,  "Quli"dən güclü idi. Döyüş zamanı Elçin öz idmançı bacarığından yararlanır, fəndlər işlədir, Qulini götürüb yerə çırpırdı.  Amma o yenidən ayağa durub, ondan yapışır, onu vurur, davaya davam edir, əl çəkmirdi. Axırda "Quli" dizi ilə onu möhkəm vurdu və Elçin yıxılıb huşunu itirdi, ayağa qalxmadı və bununla da dava bitdi".

Köhnə kamera yoldaşının dediyinə görə, onsuz da doğuşdan ürəkli, cəsarətli olan "Quli"ni 20-22 yaşında daha da ötkəm edən iki amil olub:

"Onda silah da vardı, pul da. Bunlar olan yerdə insan, xüsusilə gənc adam daha da cəsarətli olur. Elə bilir ki, şəhərin yiyəsi özüdür. Onu ilk dəfə "Narxoz" deyilən universitetin önündə küçədə görmüşəm, belindəki silahı göstərə-göstərə gəzirdi. Açığı, o vaxt məndə də silah vardı, amma həmişə gödəkcəmin altında olardı və heç vaxt heç kimə göstərməzdim. "Quli" isə silahını kiminsə görəcəyindən çəkinmirdi. Bəzi kriminallar kimisə "yükləyəndə", yəni "dolya" tələb edəndə deyirdilər ki, pulu gətir filan yerə qoy, yaxud filankəsə ver, o, bizə verəcək. Çoxları çalışırdı ki, "dolya" verənlərlə birbaşa kontakta girməsinlər. Amma "Quli"gil birbaşa, çəkinmədən kontakta girirdilər. Cavan uşaqlar idilər, çox cəsarətli və qətiyyətliydilər".