Qarabağ 2064 gündən sonra


İdman 14 May 2018 12:03:00 264 0

Qarabağ 2064 gündən sonra

Topaz Premyer Liqasının 27-ci turu son 5 mövsümün çempionu Qarabağ'ın böyükhesablı məğlubiyyəti ilə yadda qalıb.

Goal.az xəbər verir ki, səfərdə Keşlə'yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə acınacaqlı məğlubiyyət alıb. Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/13 mövsümünə təsadüf edib.

Qarabağ 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib. Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.