Rumıniya Azərbaycanın diaspor təcrübəsini öyrənmək istəyir FOTO


Digərləri 14 May 2018 11:52:00 238 0

Rumıniya Azərbaycanın diaspor təcrübəsini öyrənmək istəyir  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİDK-dan Son.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Fuad Muradov qonaqları Bakıda görməkdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan diasporunun Avropada və xüsusilə Rumıniyada mövcud durumu barədə məlumat verib.

Dövlət Komitəsinin sədri eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında diasporun rolunu qeyd edib. O, Azərbaycan icmasının yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya olunmasına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm veirildiyini qonaqların diqqətinə çatdırıb.

Bu günlərdə dünya azərbaycanlılarının iki mühüm hadisəni - ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərini qeyd etdiklərini deyən Fuad Muradov qazanılan uğurlarına ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olduğunu bildirib və hə zaman bu siyasəti dəstəklədiyini vurğulayıb.


Xəbərə aid fotolar