Ağdaşda ağır qəza:


Digərləri 14 May 2018 11:43:00 303 0

Ağdaşda ağır qəza:

Ağdaş rayonunda minik avtomobili traktorla toqquşub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi  ərazisində baş verib.

Belə ki, minik avtomobili traktorun qoşqusunun altına girib. Nəticədə bir nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Yaralılar Ağdaş Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.