Çoban Əbdürrəhman İnstagram ulduzu oldu:


Digərləri 14 May 2018 11:24:05 391 0

Çoban Əbdürrəhman İnstagram ulduzu oldu:

Həzz almaq çox miskin və yaşamın tələsik hissidir. Heyvan da həzz ala bilir. Ruhun təntənəsi, əqlin qidası düşünməkdir. Viktor Hüqo belə yazmışdı.

Viktor Hüqo ilə yanaşı, Aristoteldən, Əl Birunidən, Eynşteyndən, Maks Plankdan, Sofokldan iqtibaslar gətirən, fəlsəfənin ən mürəkkəb istiqamətlərində uğurla müzakirələr aparan, ali riyaziyyatdan yazan çoban var.

Bəli, o əsl, gerçək çobandır.

Son.az bildirir ki, Dağıstandakı ucqar Kuli kəndində yaşayan lak Əbdürrəhman Kadianyev çobandır və eyni zamanda, İnstagram ulduzudur.

Onun İnstagram-dakı "pastukh" profili fenomenal sürətlə populyarlaşır.

Çoban Əbdürrəhmanın dediyinə görə, blyuz, caz və operanı çox sevir. Üstəlik, fortepianoda da ifa edir.


Xəbərə aid fotolar