Maradona Belarus klubunu çalışdıra bilər


İdman 14 May 2018 11:26:00 313 0

Maradona Belarus klubunu çalışdıra bilər

Argentina millisinin sabiq baş məşqçisi Dieqo Maradona karyerasını Belarusda davam etdirə bilər.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis Brest Dinamo'sunun sükanı arxasına keçməyə ən real namizədlərdən biridir. İddiaya görə, Maradonun meneceri Matias Morla sabah Dubayda sözügedən klubun prezidenti ilə görüşəcək. 

Qeyd edək ki, Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin Al-Fudceyra klubunu çalışdırıb.