Dəmir yolunun Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır


Digərləri 14 May 2018 10:59:34 195 0

Dəmir yolunun Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Bakı. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.