Məşhur futbolçu həyatına görə mükafat aldı VİDEO FOTO


Digərləri 14 May 2018 10:46:00 289 0

Məşhur futbolçu həyatına görə mükafat aldı  VİDEO  FOTO

"Rio Ferdinand: ata və ana olmaq" ("Rio Ferdinand: Being Mum and Dad") sənədli filmi builki BAFTA mükafatlarının təqdimat mərasimində furor yaradıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "2018 British Academy Television Awards"ın Londondakı "The Royal Festival Hall"da keçirilən təqdimat mərasimində "Mançester Yunayted" klubu və İngiltərə yığmasının sabiq ulduzu, 39 yaşlı Rio Ferdinandın yaşamından bəhs edən lent "Ən yaxşı sənədli film" nominasiyasında qalib gəlib.

Film Rionun xanımı, onun üç övladının anası Rebekkanın 2015-ci ildə xərçəng xəstəliyindən vəfat etməsindən sonra sabiq futbolçunun həyatından bəhs edir.

Rebekka dünyasını dəyişəndən sonra Rio üç kiçik övladına həm ata, həm ana olub.

Futbolçu indi TOWIE realiti-şousunun ulduzu, 26 yaşlı Keyt Raytla sevgilidir.

Səhnəyə çıxaraq mükafatı alan Rio Ferdinand çıxışında hər kəsə minnətdar olduğunu deyib.

"BAFTA 2018"in nominasiyalarını və qalibləri təqdim edirik:

"Ən yaxşı əyləncə proqramı" - Britain's Got Talent

"Ən yaxşı kişi rolu" - Şon Bin ("Broken")

"Ən yaxşı qadın rolu" - Molli Vindzor ("Three Girls")

"Ən yaxşı komik əyləncə proqramı" - "Murder in Successville"

"Cari hadisələr barədə ən yaxşı proqram" - "Undercover: Britain's Immigration Secrets (Panorama)"

"Ən yaxşı dramatik serial" - "Peaky Blinders"

"Ən yaxşı əyləncə çıxışı" - Qrem Norton ("The Graham Norton Show")

"Ən yaxşı sənədli serial" - "Ambulance"

"Ən yaxşı səyaşət proqramı" - "Cruising with Jane MacDonald"

"Ən yaxşı dramatik teleserial" - "Murdered for Being Different"

"Ən yaxşı sabun draması" - "Casualty"