Kolumbiyada daşqınlara görə yüzlərlə insan təxliyə edilib


Dünya 14 May 2018 10:48:00 226 0

Kolumbiyada daşqınlara görə yüzlərlə insan təxliyə edilib

Kolumbiyada Kauka çayının məcrasından çıxması daşqınlara səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, daşqınlar səbəbindən hökumət 600-də çox insanın təxliyə olunmasına qərar verib.

Daşqınlar nəticəsində 19 ev su altında qalıb. Həmçinin iki təhsil və bir tibb mərkəzi sel sularına məruz qalıb.