Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib


Sosial 14 May 2018 10:28:56 240 0

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib

Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib.

“Report”un xəbərinə görə, Baş Prokurorluğun veb-saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.

Yeni təyinatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a təsdiqləyib.

E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.