İt tanınmış modelin üzünü parçaladı


Dünya 14 May 2018 10:10:52 307 0

İt tanınmış modelin üzünü parçaladı

Londonda yaşayan 23 yaşlı tanınmış model Suzel Mackintoş əzizləmək üçün yanına yaxınlaşdığı "pitbull" cinsindən olan itin hücumuna məruz qalıb.   Son.az Haberler-ə istinadən xəbər verir ki, model üzündən aldığı xəsarət nəticəsində üst dodağını tərpədə bilmir.

Yaşadığı qorxunc hadisəni danışan model olayın dostları ilə Avstriyada bir gəzinti əsnasında baş verdiyini deyib. 

Hücum sonrası bir həftə reanimasiyada saxlanılan modelin həkimlərin müdaxilələrinə baxmayaraq üz əzələlərinin zədələnməsi səbəbi ilə üst dodağı tərpənmir.


Xəbərə aid fotolar