Akademik Milli Dram Teatrı Sumqayıtda “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib (FOTO)


Digərləri 14 May 2018 10:08:02 236 0

Akademik Milli Dram Teatrı Sumqayıtda “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib (FOTO)

Akademik Milli Dram Teatrı Sumqayıtda “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşanın nümayişi “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutub. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov festival haqqında məlumat verib. Bildirib ki, festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində: Sumqayıtda, Xırdalanda, Lənkəranda, Mingəçevirdə, Xaçmazda, Yevlaxda, Ağdamda, Bərdədə, Ağstafada, Zaqatalada, İsmayıllıda və Göygöldə olduqca rəngarəng repertuarda tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq mərhələsində isə İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub. Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir. Festival iki istiqamət üzrə-milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək.