Xələf Xələfov Cenevrəyə səfər edəcək


Siyasət 14 May 2018 09:19:11 248 0

Xələf Xələfov Cenevrəyə səfər edəcək

Nazir müavini Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsində iştirak edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrəyə səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, X.Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının İşçi Qrupunun 30-cu sessiyasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsində iştirak edəcək.

Azərbaycanla bağlı hesabat mayın 15-də müzakirə olunacaq.

Qeyd edək ki, bu, Universal Dövri Hesabat çərçivəsində üçüncü hesabat olacaq.