Aşıq Azərin tabutuyla selfi çəkdirənlər, damlayan Rəqsanə, hamam xalatındakı Tünzalə


Şou-biznes 14 May 2018 09:15:00 336 0

Aşıq Azərin tabutuyla selfi çəkdirənlər, damlayan Rəqsanə, hamam xalatındakı Tünzalə

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (171-ci say) təqdim edir.

Əzrayıl bu həftə də sənət aləmindən "payını" apardı-aşıq Azər Xanlaroğlunu. Özü də 35 yaşında. Habil Əliyev deyirdi ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, ölmək istəyirsən. Elə bu günlərdə həmin söz tam yerinə düşür. Sağlığında bir dəfə Azərin qapısından içəri girib halını soruşmayanlar vida mərasimində sanki tabutla selfi çəkdirmək üçün növbəyə düzülmüşdülər.

Mədəniyyətimizdə hər həftə bir sənətkarın azaldığı vaxtda Damlayla Rəqsanə qırışıb qurtara bilmirlər. Məsələ burasındadır ki, Damlaya Rusiya toylarında tələbat azalıb, o da bunu Rəqsanənin qadağa qoydurmasıyla əlaqələndirir. Rəqsanə də deyir ki, təqsir məndə yox, məclis sahiblərindədir. Əslində, düz deyir. Normal zövqü olan adamın məclisində ya Rəqsanə, ya Damla nə gəzir ki? Ancaq Kamran Həsənli demiş, lap təzə oxuyanların yanında Rəqsanə əməlli-başlı xanəndədir.

Xatun da sosial şəbəkədəki izləyicisindən polisə şikayət edib. Bu məsələdə isə təqsir Xatunda yox, həmin izləyicidədir. Adam Xatunu niyə izləsin ki?