Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub (FOTO)


Digərləri 14 May 2018 09:10:00 252 0

Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub (FOTO)

Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərinin Ritz Carlton mehmanxanasında buradakı səfirliyimiz tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub.

Bakı. Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərinin Ritz Carlton mehmanxanasında rəsmi ziyafət və konsert proqramı təşkil olunub. Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir parlamentin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, parlament daimi komissiyalarının sədrləri, deputatlar, xarici işlər naziri, mədəniyyət naziri ,turizm naziri, təhsil nazirinin müavinləri, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirin giriş sözü ilə açan səfir Tural Rzayev qonaqlara Azərbaycan Demokratik Respublikasının tarixindən danışıb, müasir dövlətimizin əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, ölkəmizin iqtisadi, elmi, mədəni , turizm potensialına diqqət çəkib, beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanat, tövsiyələrinə baxmayaraq, hələdə ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib. Tədbir iştirakçıları Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli filmə baxıblar. Sonra Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan “Azərbaycanın milli paltarları ” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.