Azərbaycanlı şagirdlər “İnfomatrix-2018” yarışmasında 2 qızıl medal qazanıblar


İqtisadiyyat 14 May 2018 08:28:00 50 0

Azərbaycanlı şagirdlər “İnfomatrix-2018” yarışmasında 2 qızıl medal qazanıblar

Şagirdlərin hazırladıqlar “ağıllı zibil qutusu” layihəsi diqqət çəkib

10-13 may tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə “İnfomatrix-2017” beynəlxalq kompüter layihələri üzrə yarışlar keçirilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanı mötəbər yarışlarda Gəncə şəhər “İstək” liseyi, Akademik Zərifə Əliyeva adına lisey və “Kaspi” liseyinin şagirdləri təmsil edib.

Azərbaycanlı şagirdlər 11 kateqoriya üzrə 2 qızıl medal qazanıblar.

Gəncə şəhər “İstək” liseyinin kompüter müəllimi Zaur Balaqadəşov “Report”a açıqlamasında bildirib ki, təmsil etdiyi məktəbin komandası 1 qızıl və 1 gümüş medal qazanıb. Mini Sumo-Robotics kateqoriyası üzrə layihə iştirakçıları olan şagirdlər sözügedən kateqoriya üzrə “Best of Best” seçilməklə 1000 ABŞ dolları məbləğində mükafata da layiq görülüblər.

“İstək” liseyi olaraq bu yarışmada ölkəmizi uğurla təmsil etdik. Belə qələbələr onların gələcək həyatlarındakı uğurlara bir qapı açacaq. İyun ayında ABŞ-da keçiriləcək “Genius” olimipadasında şagirdlərimiz də iştirak edəcək və inanıram ki, medallar qazanaraq ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Z. Balaqadəşov əlavə edib.

Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlu isə bildirib ki, əvvəlki illərlə müqayisədə bu il liseyin şagirdləri daha yüksək nəticələr əldə edib.

“Proqramlaşdırma kateqoriyası üzrə iki komandamız bürünc medal qazandı, lego sumo - robotexnika kateqoriyasında isə bir komandamız qızıl, digəri isə bürünc medallar əldə etdilər. Nəticə etibarı ilə uşaqlar üçün bir şansdır, öz layihələrini işləyib hazırlaya bilirlər. Gələcəkdə öz ixtisasları ilə bağlı bacarıq və vərdişlər əldə edə bilirlər, öyrəndiklərinin real həyatda tətbiq etməyi bacarırlar, bu kimi yarışları bu baxımdan böyük bir əhəmiyyət kəsb edir”, - deyə K. Tahiroğlu qeyd edib.

“Kaspi” liseyinin xarici əlaqələr üzrə rəhbəri Sahil Əliyev isə lisey şagirdlərinin bu yarışmada əldə etdiyi nəticələri yüksək qiymətləndirib:

“Liseyimiz 12 şagird və 7 layihə ilə yarışmaya qatılıb. “Hardware control” və “Programming” kateqoriyaları üzrə ümumilikdə 5 gümüş və 7 bürünc medal qazandıq. Bu nailiyyətə çox sevinirik. Şagirdlərimizin hazırladıqlar “ağıllı zibil qutusu” layihəsi isə yarışmada daha çox diqqət çəkdi. Hətta Rumıniyanın bir çox aparıcı TV kanalları şagirdlərimizdən bununla bağlı geniş müsahibələr də aldılar”, - deyə S. Əliyev vurğulayıb.

Qeyd edək ki, “İnfomatrix -2018” beynəlxalq kompüter layihələri üzrə yarışlara 43 ölkədən 500-dən çox şagird 331 layihə ilə qatılıb.

Azərbaycana Pakistandan turist axınını artır like
  • 14 May 08:12  
Digərləri Azərbaycana Pakistandan turist axınını artır

2018-ci ilin birinci rübü ərzində Pakistandan Azərbaycana 7 minə yaxın tu

arrow Ətraflı
İran və Azərbaycan danışıqlar aparır like
  • 14 May 08:07  
Digərləri İran və Azərbaycan danışıqlar aparır

İran limanları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında ticarə

arrow Ətraflı
İndoneziyanın Surabaya şəhərində daha bir partlayış - 7 ölü like
  • 14 May 08:00  
Digərləri İndoneziyanın Surabaya şəhərində daha bir partlayış - 7 ölü

İndoneziyanın Surabaya şəhərində polis məntəqəsinin girişində partlay

arrow Ətraflı
Türkiyədə avtobus yük maşını ilə toqquşub, çox sayda yaralı var like
  • 14 May 07:55  
Dünya Türkiyədə avtobus yük maşını ilə toqquşub, çox sayda yaralı var

Türkiyənin Balıkesir şəhərində sərnişin avtobusu yük maşını ilə to

arrow Ətraflı
Gözləri gözəl göstərmək üçün bunları edin like
  • 14 May 07:48  
Digərləri Gözləri gözəl göstərmək üçün bunları edin

Böyük gözlərə sahib olmaq bütün qadınların istəyidir. Kiçik gözlü x

arrow Ətraflı
Elçin özünə 15 milyona dəniz mənzərəli ev alıb like
  • 14 May 07:35  
Digərləri Elçin özünə 15 milyona dəniz mənzərəli ev alıb

Türkiyəli aktrisa Elçin Sanqu özünə Ortaköy ərazisindən dəniz mənzər

arrow Ətraflı
Limonlu suyun 5 faydası like
  • 14 May 07:21  
Digərləri Limonlu suyun 5 faydası

İçdiyimiz limonlu suyun nə qədər faydalı olduğunu yəqin ki, çox adam bi

arrow Ətraflı
ABŞ Fransaya Parisdəki terror aktı ilə bağlı yardım təklif edib like
  • 14 May 07:12  
Digərləri ABŞ Fransaya Parisdəki terror aktı ilə bağlı yardım təklif edib

ABŞ Parisin mərkəzində terrorçunun insanlara hücum etməsi ilə əlaqədar

arrow Ətraflı
İllər onu belə dəyişdi  FOTO like
  • 14 May 07:07  
Digərləri İllər onu belə dəyişdi FOTO

"Çocuklar duymasın" serialı ilə tanınıb sevilən aktrisa Pınar

arrow Ətraflı
Çay süfrənizə ləzzət qatacaq like
  • 14 May 07:00  
Digərləri Çay süfrənizə ləzzət qatacaq

Çay içməyi hər birimiz çox sevirik. Gündə ən az 4, 5 dəfə çay içmək

arrow Ətraflı