"Koroğlu" körpüsündə intihara cəhdin qarşısı alınıb YENİLƏNİB


Digərləri 14 May 2018 08:24:00 264 0

"Koroğlu" körpüsündə intihara cəhdin qarşısı alınıb  YENİLƏNİB

08:24

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsinin qarşısı alınıb.

Son.az report.az-a istinadən bildirir ki, "Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxaraq özünü aşağı atmaq istəyən 40-45 yaşlı paytaxt sakini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xilas edilib.

Sözügedən şəxs körpüdən aşağı endirilib.

---------

00:15

Bakının Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığında orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

Son.az report.az-a istinadən bildirir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxsi fikrindən yayındırmaq üçün onunla psixoloji danışıqlar aparırlar.

Əraziyə polis əməkdaşları da gəlib.