Bakıda "Kamaz" yola qəfil daxil olan minik maşınına çırpılıb, xəsarət alanlar var - FOTO


Sosial 14 May 2018 04:16:06 250 0

Bakıda "Kamaz" yola qəfil daxil olan minik maşınına çırpılıb, xəsarət alanlar var - FOTO

Hadisə minik avtomobilinin yol nişanı tələbini pozması nəticəsində baş verib

Bakının Binəqədi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

1967-ci il təvəllüdlü Səfiyev Aydın Əliyar oğlu idarə etdiyi "10-RX-500" dövlət qeydiyyat nişanlı "Toyoto" markalı avtomobillə Sumqayıt şossesindən avtovağzalın qarşısındakı yola qaydanl pozaraq daxil olub. Həmin vaxt "Kamaz" markalı yük avtomobili ona çırpılıb. Nəticədə A.Səfiyev, 41 yaşlı Səfiyev Nərgiz Vaqif qızı və 44 yaşlı Qasımova Kəmalə Vaqif qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.