Goranboyda top mərmisi tapılıb


Sosial 14 May 2018 01:47:14 305 0

Goranboyda top mərmisi tapılıb

Hərbi sursat Şadılı kəndi ərazisində aşkar edilib

Ötən gün Goranboy rayonunun Şadılı kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polisşöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.