Səfir: Azərbaycana Pakistandan turist axınını artır


Digərləri 14 May 2018 01:22:23 292 0

Səfir: Azərbaycana Pakistandan turist axınını artır

2018-ci ilin birinci rübü ərzində Pakistandan Azərbaycana 7 minə yaxın turist gəlib

Bakı. 2018-ci ilin birinci rübü ərzində Pakistandan Azərbaycana 7 minə yaxın turist gəlib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib. Səfir qeyd edib ki, Azərbaycanda yaxşı turizm infrastrukturu yaradılıb: "Azərbaycan Prezidentinin tapşırığı ilə Pakistan vətəndaşları üçün viza prosedurları sadələşdirilib və idi onlar vizanı internet vasitəsilə ala bilərlər. 2017-ci ildə Pakistandan Azərbaycana 18 min turist gəlib və onların sayı ildən-ilə artır. Təkcə 2018-ci ilin birinci rübündə Azərbaycana 7 minə yaxın pakistanlı gəlib".