Tbilisidə aksiyaların keçirildiyi parlament binası qarşısına əlavə polis qüvvələri cəlb olunub


Dünya 14 May 2018 00:17:20 319 0

Tbilisidə aksiyaların keçirildiyi parlament binası qarşısına əlavə polis qüvvələri cəlb olunub

Vəziyyət get-gedə gərginləşir, etirazçılar və polis arasında toqquşmalar başlayıb

Tbilisinin hazırda üç etiraz aksiyası keçirilən Rustaveli prospektinə əlavə polis qüvvələri cəlb edilib.

“Report” xəbər verir ki, polis dəstələri aksiya yerlərinə bir neçə avtobusla gətiriliblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament qarşısındakı ərazini mühasirəyə alıblar. Polislər toqquşma və hər hansı bir münaqişədən yayınmaq üçün "Ağ səs" tərəfdarlarının toplaşdığı yerə "Gənc milli alyans" iştirakçıları və neonasistləri buraxmırlar. Bir-birinə zidd iki aksiyanın iştirakçıları polis kordonunu yarmağa cəhd göstərirlər.

Vəziyyət get-gedə gərginləşir, etirazçılar və polis arasında toqquşmalar başlayıb.