Bakıda orta yaşlı kişi özünü körpüdən aşağı atmaq istəyir


Sosial 14 May 2018 00:03:47 314 0

Bakıda orta yaşlı kişi özünü körpüdən aşağı atmaq istəyir

Hazırda onunla psixoloji danışıqlar aparılır

Bakının Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığında orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxsi fikrindən yayındırmaq üçün onunla psixoloji danışıqlar aparırlar.

Əraziyə polis əməkdaşları da gəlib.

Xəbər yenilənir…