Salyanda gənc oğlanı elektrik cərəyanı vurub
Digərləri 13 May 2018 23:59:00 300 0
Hadisə Kürsəngi kəndində baş verib
Salyan sakinini elektrik cərəyanı vurub.
Son.az "Report"a istinadən bildirir ki, rayonun Kürsəngi kəndində 1996-cı il təvəllüdlü yerli sakin Dəmirov Əlislam İntiqam oğlu hamamda çimərkən baş verib.
Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, Ə.Dəmirov ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az