Məhəmməd Salaha "Qızıl buts" təqdim olundu


İdman 13 May 2018 23:54:00 274 0

Məhəmməd Salaha "Qızıl buts" təqdim olundu

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. Liverpool son turda Brighton-u 4 cavabsız qolla məğlub edib. Oyunda hesabı açan Məhəmməd Salah Premyer Liqada qolların sayını 32-ə çatdırıb. Goal.az xəbər verir ki, misirli yarımmüdafiəçi turnirin tarixində rekord müəyyənləşdirib. Onun ən yaxın izləyicisi 30 qolla Harri Keyn (Tottenham) olub. Manchester City-nin hücumçusu Serxio Aquero 21 qolla 3-cü yeri tutub.

Brighton-la oyundan sonra Salaha Premyer Liqanın "Qızıl buts" mükafatı təqdim olunub. Qeyd edək ki, ötən yay "qırmızılar"a transfer olunan futbolçu artıq Premyer Liqada 2017/18 mövsümünün ən yaxşısı seçilib.