Salyanda gənc oğlanı elektrik cərəyanı vurub


Sosial 13 May 2018 23:49:56 289 0

Salyanda gənc oğlanı elektrik cərəyanı vurub

Hadisə Kürsəngi kəndində baş verib

Salyan sakinini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Kürsəngi kəndində 1996-cı il təvəllüdlü yerli sakin Dəmirov Əlislam İntiqam oğlu hamamda çimərkən baş verib.

Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, Ə.Dəmirov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.