Cəlilabadda qadın tanışı tərəfindən döyülüb


Digərləri 13 May 2018 23:46:00 436 0

Cəlilabadda qadın tanışı tərəfindən döyülüb

Hadisə Cəlilabad şəhərinin N.Nərimanov küçəsində baş verib

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Cəlilabad şəhərinin N.Nərimanov küçəsində yaşayan 1961-ci il təvəllüdlü Babayeva Gülüstan Kərəməli qızı döyülüb.

Xəsarət almış qadına Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb.

Faktla bağlı araşdırma aparılır.