Ağdamda güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub - FOTO


Sosial 13 May 2018 23:23:03 273 0

Ağdamda güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub - FOTO

Daha çox taxıl zəmiləri yararsız hala düşüb

Ağdam rayonuna yağan güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yağış daha çox taxıl zəmilərini yararsız hala salıb və məhsul itkisinə səbəb olub.

Təbiət hadisəsi nəticəsində, əsasən rayonun Mahrızlı, Zəngişalı və digər kəndlərində olan taxıl zəmilərinə ziyan dəyib.

Fermerlərin sözlərinə görə, yaz aylarında havaların normadan artıq rütubətli olması dənli və tumlu bitkilər üçün ziyanlı hesab edilir. Son günlər küləklə müşahidə olunan güclü yağış səbəbindən cəbhə bölgəsində taxılçılıqla məşğul olan fermerlər çətin vəziyyətlə üzləşiblər. Bu aylarda yağan yağış taxıl zəmilərinə ciddi ziyan vurur.