Pensiyaların hesablara köçürülməsinə başlanılıb


Digərləri 13 May 2018 23:29:00 258 0

Pensiyaların hesablara köçürülməsinə başlanılıb

Bakı şəhəri üzrə əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, sonrakı mərhələdə maliyyələşdirmə qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, 1 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.