Əvvəllər mühəndis, jurnalist işləyən çinli milyarder qadın


Digərləri 13 May 2018 22:15:00 304 0

Əvvəllər mühəndis, jurnalist işləyən çinli milyarder qadın

Wu Yahong 1964-cü ildə Çunçin şəhərində dünyaya gəlib və qızcığaz kiçik yaşlarından layihələşdirmə və inşaat işləri ilə maraqlanırdı. Məhz buna görə də o 16 yaşında Çinin ən prestijli ali təhsil müəssisələrindən biri olan Şimal-Qərb Sənaye universitetinə qəbul olmuş və 1984-cü ildə oranı bitirmişdir.

Son.az bizplus.az-a istinadən bildirir ki, gələcəyin milyarder qadını 4 il ərzində alət zavodunda mühəndis, bundan sonra isə "Çinin şəhər qəzetində" jurnalist olaraq çalışır. Bir neçə ildən sonra isə həmin qəzetin baş redaktoruna çevrilir, lakin bununla eyni zamanda məşhur biznesmen, investor və rieltorlardan müsahibə götürməyə davam edir. Bundan başqa o, Çində bu sahəni daha yaxından öyrənmək üçün əlavə olaraq developper şirkətində işə düzəlir.

Dünyanın ən varlı qadını investorların yardımı ilə 1993-cü ildə özünün ilk inşaat şirkətini yaradır. Şirkət yaradılış dəyəri 10 milyon yuana sahib idi və Jiacheng Economic Development Company adlanırdı. Bu zaman onun cəmi 29 yaşı var idi. Bir qədər sonra şirkətin adı dəyişdirilərək Chongqing Longfor Properties Co Ltd olaraq adlandırılır və həmin şirkət bu günə qədər də fəaliyyət göstərir. Onun şirkəti 1994-cü ildə Çunkində əsas tenderin qalibi elan edilir və bu onun karyerasının ən parlaq anı olur.