"Liverpul" Çempionlar Liqasına vəsiqəni təmin etdi, Məhəmməd Salah yeni rekorda imza atdı


Digərləri 13 May 2018 21:23:00 284 0

"Liverpul" Çempionlar Liqasına vəsiqəni təmin etdi, Məhəmməd Salah yeni rekorda imza atdı

Bu gün İngiltərə Premyer Liqasının son turu çərçivəsində "Liverpul" "Brayton"u qəbul edib

Bakı. Bu gün İngiltərə Premyer Liqasının son turu çərçivəsində "Liverpul" "Brayton"u qəbul edib. Trend-in məlumatına görə, oyun ev sahibinin 4: hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: Məhəmməd Salah (26-cı dəqiqə), Deyan Lovren (40-cı dəqiqə), Dominik Solanke (63-cü dəqiqə) və Andre Robertson (85-ci dəqiqə). Beləliklə, "Liverpul" klubu İngiltərə Premyer Liqasında 75 xal toplayıb və 4-cü yerdə qaralaşaraq gələn il UEFA Çempionlar Liqasında iştirak etmək hüququnu qazanlb.