Zavoddan ətrafa qara tüstü buraxılır


Digərləri 13 May 2018 21:14:00 347 0

Zavoddan ətrafa qara tüstü buraxılır

İsmayıllıda bir zavoddan yayılan qara tüstü sakinləri narahat edir. Rayonda pivə istehsal edən müəssisə son günlər ətrafa qara tüstü buraxmağa başlayıb. Sakinlər iddia edir ki, uzun illərdir zavodun tüstüsündən əziyyət çəkirlər. Müəssisənin rəhbərliyi isə bununla razılaşmır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, zavoddan çıxan qara tüstü ətrafda yaşayan sakinləri narahat edir.

Görüntülər İsmayıllıdandır. Rayonda 1997-ci ildən fəaliyyət göstərən pivə zavodu bu illər ərzində sakinlərin bir neçə dəfə narazılığına səbəb olub. İsmayıllı sakinlərinin sözlərinə görə, narazılığa əsas səbəb zavodun ocaqxanasından çıxan tüstü və qoxudur. Deyirlər ki, yuyulub həyətdə asılan paltarların üzərində qara ləkələr əmələ gəlir. Hətta əkdikləri meyvə-tərəvəz də bundan təsirlənir.

Zavodun iş icraçısı Asif Cəfərov isə tüstünün uzun illərdir sakinlərə əziyyət verməsi iddiası ilə razılaşmır. Onun dediyinə görə, bir neçə gündür yaranan qara tüstü ocaqxanada gedən təmir işləri ilə bağlıdır.

Sakinlər deyir ki, zavoddakı problem aradan qaldırılmasa aidiyyatı qurumlara müraciət edəcəklər.


Xəbərə aid video