8 yaşında ilk milyon dollarını qazanan Rayan Ross


Digərləri 13 May 2018 21:15:00 270 0

8 yaşında ilk milyon dollarını qazanan Rayan Ross

20 yaşlarında milyon dollar qazanmaq bütün dünya üzrə bütün gənc işgüzar insanların arzusudur. Təbii ki, istər 30, istər 40 və ümumiyyətlə istənilən yaşda milyon dollar qazanmaqdan heç kəs imtina etməz. Bəs yetkinlik yaşına çatmadan belə bu dərəcədə əhəmiyyətli məbləği qazanmağı təsəvvür edirsinizmi?!

Son.az banker.az-a istinadən bildirir ki, bu məqalədə sizə 8 yaşlı oğlanın özünün ilk milyon dollarını necə qazanması barədə məlumat verəcəyik. O bu məbləği nə lotereyada udmuş, nə oğurlamış, nə də hədiyyə olaraq əldə etmiş, məhz qazanmışdı.

8 yaşlı gənc kanadalı bu yaşına qədər artıq 4 şirkət yaratmağa və demək olar ki, 1 milyon dollar qazanmağa nail olub. Belə ki, Rayan Ross adlı bu oğlan yaşadıqları evin arxa hissəsində toyuq ferması yaradır. Burada 60 toyuğun hər gün istehsal etdiyi yumurtaların bir ədədini 15 dollara satırdı. Bir müddət keçdikdən sonra kənd təsərrüfatından bezən rayan qazon biçilməsi ilə məşğul olmaq qərarına gəlir. O təkbaşına qazon biçən maşının öhdəsindən gələ bilmədiyindən ev sahiblərindən işinin qarşılığı olaraq 20 dollar alır, 15 dollara isə işçi tuturdu. Onun anası fəxrlə deyirdi ki, oğlu heç bir zəhmət çəkmədən saatda 5 dollar qazanırdı.