Azərbaycanda taxıl sahələrinə xəstəlik düşdü VİDEO


Digərləri 13 May 2018 21:16:00 331 0

Azərbaycanda taxıl sahələrinə xəstəlik düşdü  VİDEO

Şimalqərb bölgəsində taxıl sahələrində xəstəlik yayılıb. Aidiyyatı qurumlar bölgədə 16 min hektardan artıq taxıl sahəsində monitorinq keçiriblər. 13 min hektara yaxın sahədə sarı pas xəstəliyi müyyən olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəki-Zaqatala bölgəsində payızlıq taxıl əkin sahələrində xəstəlik aşkarlanıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilir ki, Şəki-Zaqatala bölgəsində 16 min hektardan artıq taxıl əkin sahəsində monitorinq keçirilib. 12700 hektar sahənin sarı pas xəstəliyi ilə sirayətləndiyi müəyyən olunub. Nümunələr Respublika Karantin Ekspertiza Mərkəsinin laboratoriyalarına təqdim edilib. Müayinələr zamanı bitkilərin üzərində olan xəstəliyin sarı pas xəstəliyi olduğu dəqiqləşib. Məlum olub ki, aprel ayının ikinci ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı və yağmurlar nəticəsində nisbi rütubətin 80-85 faiz olması buğda sahələrində sarı pas xəstəliyinin inkişaf etməsi ilə nəticələnib.

Zaqatalalı Fermerlər bildirir ki, dərmanlanma işləri aparılsa da yağışların təkrarlanması yenidən xəstəliyin yayılmasına səbəb olur.


Xəbərə aid video