Şirvanda maraqlı olay VİDEO


Digərləri 13 May 2018 21:18:00 361 0

Şirvanda maraqlı olay  VİDEO

Şirvan həyətdə saxlanılan pişik balalayıb, lakin onun balasını elə həyətdə saxlanılan toyuq özünə bala götürüb. Toyuq balaca pişik balalarının üzərində oturaraq onları isitməyə çalışır. Ana pişiyin yaxınlaşmasına isə imkan vermir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, pişik toyuğa yaxınlaşır, toyuq isə ona əsəbləşir. İlk dəfədən elə təssürat yaranır ki, toyuq üzərində yatdığı balalarını pişikdən qorumaq istəyir.

Lakin toyuq qalxanda məlum olur ki, onun altındakı cücələr yox, pişik balalarıdır.

Görüntülər Mirdamət Həsənov adlı Şirvan sakinin həyətində çəkilərək Xəzər Xəbərin vatsap nömrəsinə göndərilib. Sakinlər belə ehtimal edir ki, toyuq pişik balalarını öz cücələri ilə səhv salıb.


Xəbərə aid video