Utancaq insanların daim üzləşdiyi


Digərləri 13 May 2018 21:20:00 259 0

Utancaq insanların daim üzləşdiyi

Bəzi insanlar utanmağı adət halına çeviriblər.

Son.az kenquru.az-a istinadən bildirir ki, belə utancaq insanların daim üzləşdiyi hallardan bəziləri: 1. Uşaqlıqda evə yeni biri gələndə otaqdan çıxmamaq 2. Başqası tərəfindən rəqsə dəvət edildikdə bütün pis ssenariləri ağlına gətirmək 3. Sakitcə oturarkən birinin yaxınlaşıb "Niyə səssizsən?" sualına cavab axtarmaq 4. Baxdığınız adamla göz-gözə gəlməməyə çalışmaq 5. Dəvət edilən məclisdə tanış kimsə yoxdursa danışacaq insan tapa bilməmək 6. Birini gözləyərkən təklifləri rədd edib tək oturmaq istəmək 7. Çoxlu insan qarşısında mikrofonla danışmağın fəlakət olduğuna inanmaq 8. Yeni tanış olduğunuz biri ilə ilk dialoqları qurmağa çalışmaq 9. Tanımadığınız birinə telefonla zəng vurmaq 10. Sevdiyiniz şəxs ilə tanış olmaq üçün bəhanə tapdıqda yarı yoldan geri qayıtmaq istəmək 11. İbtidai sinifdə musiqi dərsindən qiymət almaq üçün mahnı oxumaq məcburiyyətində qalmaq 12. Təriflənərkən narahat hiss etmək 13. Bir qrupda və ya görüşdə passiv tərəf olmaq 14. Razı qalmadığınız bir məhsul və ya xidməti şikayət edəcəyiniz zaman günahkar hiss etmək 15. Amma yenə də həyat davam edir... Son.az