Cəlilabadda traktor minik maşını ilə toqquşub - FOTO


Sosial 13 May 2018 21:01:32 334 0

Cəlilabadda traktor minik maşını ilə toqquşub - FOTO

Bir nəfər yaralanıb

Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, yük daşıyan qoşqulu traktor ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində minik maşınının 1964-cü il təvəllüdlü sürücüsü Cəfərov Təzəxanın ayağı qırılıb.

Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə avtomobildən çıxarılıb və ağır vəziyyətdə "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Qəza zamanı traktordakı yük yol kənarınadağılıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.