Türkiyə seriallarının yarıdan çoxunu xaricə satır


Digərləri 13 May 2018 20:10:00 290 0

Türkiyə seriallarının yarıdan çoxunu xaricə satır

Türkiyə Radio və Televiziya Yayımları Qurumu sektor ilə bağlı 2018-ci il üçün nəticələrini açıqlayıb.

Son.az facemark.az-a istinadən bildirir ki, 6 May Dünya Radio Günündə təşkil edilən mətbuat konfransında media istehlak məlumatları, media xərcləri, kontent adlı başlıqlarda mövcud vəziyyət və gələcəklə bağlı proqnozlar paylaşılıb.

Hesabata görə, Türkiyə orijinal serial, filmlərin istehsalı kateqoriyasında ilk beş ölkə arasında yer alıb. Həmin beş ölkə isə Hindistan, Çin, Rusiya, Nigeriya, Türkiyədir.

Dünyada televiziya kanalları kontentlərin təxminən 30%-ni digər ölkələrdən idxal edir. Bu idxal kontentlərinin 25%-ni Türk istehsalı olan film, seriallar təşkil edir.