Gədəbəydə qayınata gəlinin qardaşını döyüb


Digərləri 13 May 2018 19:49:00 298 0

Gədəbəydə qayınata gəlinin qardaşını döyüb

Bir nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gədəbəy rayonunda qohumlar arasında dava düşüb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun 2002-ci il təvəllüdlü Maarif kənd sakini Sarıyev Elşən Ümid oğlu bacısının qayınatası tərəfindən döyülüb.

O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Mübahisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.