Gədəbəydə qayınata gəlinin qardaşını döyüb


Sosial 13 May 2018 19:41:55 298 0

Gədəbəydə qayınata gəlinin qardaşını döyüb

Bir nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gədəbəy rayonunda qohumlar arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 2002-ci il təvəllüdlü Maarif kənd sakini Sarıyev Elşən Ümid oğlu bacısının qayınatası tərəfindən döyülüb.

O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Mübahisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.